RU

​Bu görüntülər qorxutdu -

Türkiyənin Selçuk Universitetinin Təbiət Elmləri Fakültəsi tərəfindən aparılan tədqiqat nəticəsində məlum olub ki, 2023-cü ildə ard-arda baş vermis 7.7 və 7.6 böyüklüyündə zəlzələlərdən sonra Hatay bölgəsindəki bəzi su mənbələrində radon qazı anomaliyaları aşkar edilib. Metbuat.az xəbər verir ki, professor Mehmet Ərdoğan bildirib ki, iki ayrı su mənbəsində radon aktivliyində təxminən 5 dəfə fərq müşahidə olunub. Onun sözlərinə görə, bu dəyişikliklər bölgədəki seysmik hərəkətlərlə əlaqəlidir: “Bu isə narahat olmaq üçün ciddi əsas sayılır”.

Mütəxəssis vurğulayıb ki, radon qazı yer altındakı çatlaq və fay xətlərindən suya qarışdığından gələcəkdə mümkün zəlzələlərin qabaqcadan müəyyən edilməsi mümkün ola bilər. Tədqiqatçı bölgədə yaşayan əhalini diqqətli olmağa çağırıb. Professor deyib ki, radon qazı ilə bağlı yaranmış yeni şəraitin zəlzələlərin qabaqcadan müəyyənləşdirilməsində önəmli rol oynayacaq.

Избранный
47
metbuat.az

1Источники