RU

“Prezidentin Vaşinqton səfəri Azərbaycanın sülh və sabitliyə önəmini göstərdi” - DEPUTAT DANIŞDI

“Prezident İlham Əliyevin Vaşinqtona son səfərləri, Sülh Şurasında çıxışı, eləcə də Donald Trampla bir neçə dəfə keçirdiyi görüşlər onun dünyada sülhə, əmin-amanlığa və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir”.

Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, ölkəmizin rəhbəri fəaliyyətə başladığı ilk gündən etibarən demokratiyaya, insan haqlarına, beynəlxalq hüquq normalarına və sülhə hörmətlə yanaşdığını, bu dəyərləri təşviq etdiyini öz fəaliyyəti ilə göstərmişdir:

Komitə sədri vurğuladı ki, bu rol beynəlxalq ictimaiyyət və dövlətlər tərəfindən maraqla izlənilir və Azərbaycan Prezidentinin Vaşinqton Sülh Şurasındakı iştirakı, dövlət rəhbərləri ilə görüşlərində səsləndirdiyi fikirlər böyük əhəmiyyət kəsb edir. Bu da təbiidir, çünki həmin çıxış və fikirlər birbaşa bəşəriyyətin gələcəyinə, dünyada sülh və əmin-amanlığın bərpasına, insanların rifahına və xoşbəxtliyinə yönəldilmişdir. İnsanların bunu yüksək qiymətləndirməsi tamamilə haqlıdır.

Amerika Birləşmiş Ştatları ilə müxtəlif platformalarda uzun müddətdir davam edən əməkdaşlıq çərçivəsində ölkə rəhbərinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı onun demokratiyaya və sülhə sadiqliyindən irəli gəlir və Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilməlidir.

Cənab İlham Əliyev Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri və Sülh Şurasında iştirakı yüksək səviyyədə qarşılanmışdır. Amerika Birləşmiş Ştatları Prezidentinin bir neçə dəfə ölkəmizin rəhbərinə müraciət etməsi və görüşlər keçirməsi ona verilən dəyərin göstəricisidir. Bu, əlbəttə ki, qürurvericidir və dövlətimizin beynəlxalq proseslərdə oynadığı rolun səmərəli olduğunu bir daha sübut edir.

Azərbaycan bu gün dünyada sülhə, qlobal təşəbbüslərə, insan azadlıqlarının müdafiəsinə və münaqişələrin qarşısının alınmasına öz layiqli töhfəsini verir. Ölkəmiz qlobal miqyasda aparıcı rol oynadığını və geosiyasi proseslərdə yaxından iştirak edərək söz sahibi olduğunu nümayiş etdirir. Bu, beynəlxalq aləmdə ölkənin nüfuzunun artması və etibarlı tərəfdaş kimi tanınması baxımından mühüm əhəmiyyət daşıyır.

Əlverişli şəraitdə ölkəmizin imkanları ortaya qoyulur və istənilən məqsədlərə nail olunur. Amerika Birləşmiş Ştatlarına, Serbiyaya səfərlər göstərdi ki, Azərbaycan dövləti rəhbərləri sözlə deyil, əməl ilə fəaliyyət göstərir və bir çox məsələlərin həllində aparıcı rol oynamağa qadirdir.

Qarabağ xalqı yaradıcı və qurucu xalqdır, ölkəmiz həm də humanitar və mədəni dəyərlərlə fərqlənir. Bu, beynəlxalq humanitar böhranların aradan qaldırılmasında Azərbaycanın fəal iştirakını göstərir. Dövlətimiz çətin vəziyyətdə olan ölkələrə yardım edir və bu siyasət Şuşaya səfərlər zamanı da yüksək qiymətləndirilmişdir.

Bu gün Azərbaycan heç bir xarici maddi yardım almadan azad edilmiş əraziləri öz gücü ilə bərpa edir, tikir və Qarabağdakı şəhərləri yenidən inkişaf etdirir.

Bu görüş həm də dünyaya bir mesajdır: biz əməkdaşlığa böyük önəm veririk və qlobal problemlərin həllinə səylərimizi ortaya qoyuruq. Bütün bunlar ölkə rəhbərinin birbaşa səyləri, düşünülmüş siyasəti və xüsusi hazırlığı nəticəsində həyata keçirilir.

Azərbaycan bu gün regionda və dünyada söz sahibidir, dəyərli təkliflərlə çıxış edir və vacib məsələlər üzrə mövqeyini ifadə edə bilir. Vaşinqton görüşü də bunu bir daha sübut etdi.

Donald Trampın Azərbaycan Respublikasına və xalqına verdiyi yüksək qiymət, dövlətimizin başçısının bütün tədbirlərdə yüksək səviyyədə qarşılanması və ona göstərilən hörmət və ehtiram Azərbaycan xalqının gələcəyi üçün böyük əhəmiyyət kəsb edir və gələcək uğurlarımıza inam yaradır”.

Müəllif: Günay Hacıyeva
Избранный
37
sia.az

1Источники