RU

Neymar karyerasını nə vaxt bitirəcək?

“Santos”un şərəfini qoruyan 34 yaşlı hücumçu Neymar gələcək karyerası ilə bağlı açıqlama verib.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu hələ nə olacağını bilmir və dekabrda butslarını “mismardan asmaq” ehtimalını istisna etmir:

“Hazırda yalnız bu gün üçün yaşayıram. 2026-cı il mənim, “Santos” və Braziliya millisi üçün həqiqətən həlledici olacaq”.

Neymarın “Santos”la müqaviləsinin müddəti bu ilin sonuna qədərdir.

Braziliya millisi bu ilin yayında dünya çempionatında iştirak edəcək və Neymarın da yığma komandaya dəvət alacağı gözlənilir.

Избранный
10
msport.az

1Источники