RU

Hacı Əziz məscidinə müdaxilənin qarşısı alındı (FOTO)

Bakı.Trend:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı vəBərpası üzrə Dövlət Xidməti tərəfindən Hacı Əziz məscidindəaparılan qanunsuz təmir işlərinin qarşısı alınıb.

Trend xəbərverir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpasıüzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəyerləşən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətlimemarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Hacı Əzizməscidinə (3200 inventar nömrəli) müdaxilə faktı aşkar edilib.

Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşlarıtərəfindən məscidə baxış keçirilən zaman “Tarix və mədəniyyətabidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunununtələblərinin pozularaq, layihəsi razılaşdırılmadan təmir işlərininaparıldığı müəyyən edilib.

Qanunsuz təmir işlərini həyata keçirən podratçı şirkət -“Dostluq H-EL” MMC-nin nümayəndələrinə işlərin dərhaldayandırılması və abidənin ilkin vəziyyətinə qaytarılması barədəxəbərdarlıq edilib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində abidəninxarici divarına vurulan suvaq qatı təmizlənərək ilkin görkəminəqaytarılıb.

İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə inzibati xətahaqqında protokol tərtib edilib və Sabunçu Rayon Məhkəməsinəgöndərilib.

Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunmasıhaqqında” Azərbaycan Respublikası Qanununun əsasən, abidələrinbədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçüntəhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərinaparılması qadağandır. Abidələrin üzərində bərpa, konservasiya,təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindəntəsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunmasıhaqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasıcinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Hacı
Hacı
Hacı
Hacı
Hacı
Избранный
41
12
az.trend.az

10Источники