"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalanıb.
O.Fərəcov karyerası ərzində "Şamaxı-2", "Keşlə", "Səbail" klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın "KS CK Troszyn" və "Narew Ostrołęka" kollektivlərində çıxış edib.
Qeyd edək ki, futbolçunun son klubları "Baku Sportinq" və "Şahdağ" olub.