RU

Ərəb ölkələri ABŞ-ın öz ərazilərindən İrana zərbə endirməsinə qarşı çıxır

Ərəb ölkələri ABŞ-ın öz ərazilərindən İrana zərbə endirməsinə qarşı çıxır

Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniya kimi müttəfiq ərəb dövlətləri öz ərazilərindən ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarda istifadə etməsinə etiraz edirlər. AFN.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Hazırda bu ölkələrdə 40 minə yaxın amerikalı hərbi qulluqçunun yerləşdiyini bildirən telekanal qeyd edir ki, ərəb paytaxtları İranın öz ərazilərindəki ABŞ obyektlərinə cavab zərbələri endirməsindən ehtiyat edirlər. Ərəb vasitəçilərlə yanaşı, Türkiyə də Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın diplomatik yolla həllini dəstəkləyir və bu ölkələr İranda mövcud dövlət quruluşunun dəyişdirilməsinin əleyhinədir.

Vaşinqton Tehranı nüvə sazişi üzrə öz şərtlərinə razı salmaq üçün İranın hərbi və hökumət obyektlərinə məhdud zərbələr endirmək imkanlarını nəzərdən keçirir. CBS-in iddiasına görə, belə bir əməliyyat fevralın 21-də başlaya bilər.

Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə dosyesi üzrə danışıqların ikinci raundu keçirilib. Tərəflər bəzi məsələlərdə qarşılıqlı anlaşma əldə olunduğunu bildirsələr də, Tehran Ağ Evin irəli sürdüyü bir sıra şərtləri, o cümlədən ballistik raket istehsalından və Yaxın Şərqdəki proksi qüvvələrə dəstəkdən imtina tələblərini hələlik qəbul etməyə hazır deyil.

Избранный
7
afn.az

1Источники