RU

Xaçmazda avtomobilin vurduğu yeniyetmə ağır yaralanıb

Xaçmaz, 20 fevral, Elxan Yusifli, AZƏRTAC

Fevralın 20-si axşam saatlarında Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Ağaşirinoba kənd sakini 13 yaşlı Ağabalayev Elmar Elnur oğlu yolu keçərkən avtomobillə vurulub.

Yeniyetmə ciddi bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Ağabalayevin vəziyyəti ağır olduğundan ilkin tibbi yardımdan sonra Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
38
6
azertag.az

10Источники