RU

Bağçada üzgüçülük məşqçisi 5 yaşlı uşağı DÖYDÜ – VİDEO

Kazanda üzgüçülük məşqçisi 5 yaşlı uşağı döyüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Kazandakı uşaq bağçalarından birində üzgüçülük məşqi zamanı xoşagəlməz hadisə baş verib. Azyaşlı uşağın atasının sözlərinə görə, bu, oğlunun ilk dərsi olub.

Uşaq hovuzda sevinclə oynadığı halda, məşqçi qəfildən üzgüçülük lövhəsi ilə onun başına bir neçə zərbə endirib. Bundan əlavə, məşqçinin uşağı zorla tutaraq suya batırdığı iddia edilir.

Azyaşlı atasına şikayət edərək üzə bilmədiyini və su udduğunu deyib. Uşağın atası Yaroslav artıq prokurorluğa və polisə müraciət edib.

Məşqçi Adel İbrahimov isə ittihamları rədd edir. Su polosu üzrə idman ustalığına namizəd olan İbrahimov bildirib ki, o, sadəcə uşağı sakitləşdirmək istəyib.

Onun sözlərinə görə, zərbəni sərt lövhə ilə deyil, yumşaq penoplastla vurub, uşağı suya batırması isə “nəfəs al” komandası ilə həyata keçirilən məşqin tərkib hissəsi olub.

Məşqçi artıq işdən çıxdığını, lakin bunun öz istəyi ilə baş verdiyini iddia edir.

O, digər valideynlərin və rəhbərliyin onu dəstəklədiyini, hətta geri qayıtması üçün imza toplandığını bildirib. Hazırda hovuz müvəqqəti olaraq bağlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
11
interpress.az

1Источники