RU

Bakıda I Qarabağ müharibəsinin itkin-şəhidi Mehriban Qarayeva və Rafiq Hüseynov dəfn olundu

Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş şəhid Mehriban Arif qızı Qarayeva dəfn edilib. 

Hakimiyyet.az  xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Onun nəşinin qalıqları  Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Mehriban Qarayeva 1970-ci ilin 27 martında Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.

***

Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş Rafiq Hüseyn oğlu Hüseynovun dəfn mərasimi keçirilib.

Hakimiyyet.az  xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onun nəşinin qalıqları torpağa tapşırılmaq üçün Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanına gətirilib.

Xatırladaq ki, Rafiq Hüseynov 1974-ci il aprelin 16-da Ağdam rayonu, Qiyaslı kəndində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonu, Sırxavənd kəndi istiqamətində itkin düşüb.

Избранный
35
1
hakimiyyet.az

2Источники