RU

Qış təkərləri nə zaman dəyişdirilməlidir?

Avtomobil sahiblərini narahat edən əsas məsələlərdən biri də təkərlərin hər zaman saz və mövsumə uyğun olmasıdır. 

Bu səbəbdən də sürücülər qış mövsümündə qış təkərlərindən istifadə edirlər. Lakin qış fəslinin sonuna doğru isə həmin sürücülərdə bir sual yaranmağa başlayır: Qış təkərlərini nə zaman çıxarmalıyıq?

Maraqlıdır, qış təkəri nə zaman yay təkəri ilə dəyişilməlidir?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə eksperti Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, qış təkərlərinin dəyişdirilməsində əsas meyar təqvim deyil, hava temperaturudur: 

392419

"Əgər yollar qarlı və buzlu qalırsa, qış təkərlərindən istifadə davam etdirilməlidir. Ümumilikdə isə təkərlərin dəyişdirilməsi yaz mövsümündə, temperatur yüksəldikdən sonra daha məqsədəuyğun sayılır. Hava isinirsə, o zaman yay təkərinə keçmək olar".

Günel

Избранный
46
hit.az

1Источники