RU

İtkin şəhid Rafiq Hüseynov Lökbatanda dəfn olundu

BAKI, 20 fevral. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rafiq Hüseynov Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Teleqraf xəbər verir ki, mərasimdə şəhidin doğmaları, Azərbaycan ordusunun hərbçiləri, qazilər, şəhid ailələri iştirak edib.

Qeyd edək ki, R.Hüseynov 1974-cü ilin aprelin 16-da Ağdam rayonunun Qiyaslı kəndində anadan olub.

O, 1992-ci ilin iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndində itkin düşüb.

Избранный
39
1
teleqraf.com

2Источники