RU

Yanvarda Azərbaycanla Rumıniya arasında 100 milyon dollarlıq ticarət əməliyyatı aparılıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla Rumıniya arasında ticarətəməliyyatlarının həcmi 100,966 milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 14,038 milyon ABŞ dolları və ya 12,2% azdır.

Bu ilin yanvar ayında Azərbaycandan Rumıniyaya 96,9 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 9,3 milyon ABŞ dolları və ya 8,7% azdır.

Hesabat ayı ərzində Azərbaycandan Rumıniyaya ixracəməliyyatlarının 93,7 milyon dollarını bitumlu süxurlardan alınmışxam neft və xam neft məhsulları təşkil edib. Sözügedən məhsullarınhəcmi isə 197 min tona bərabər olub. Bu da 2025-ci ilin yanvarayındakı göstərici ilə müqayisədə dəyər ifadəsində 11,1 milyon ABŞdolları və ya 10,6% az, həcm baxımında isə 12,5 min ton və ya 6,8%çoxdur.

Hesabat dövründə Rumıniyadan Azərbaycana isə 4,027 milyon ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ciilin eyni dövrü ilə müqayisədə 4,7 milyon ABŞ dolları və ya 2,2dəfə azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5%azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın,1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar vəya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3%azdır.

Məqalədə:
Избранный
32
7
az.trend.az

8Источники