RU

"Bunlar Azərbaycanın qazandığı uğurların üzərinə kölgə salmaq üçün nəzərdə tutulan epizodlardır"

"Prezident İlham Əliyevə  qarşı istər Münhendə Təhlükəsizlik Konfransında, istər İsveçrədə, istərsə də Vaşinqtonda edilən hərəkətlər, bunların hamısı, təbii ki, bir mərkəzdən idarə olunan və Azərbaycanın qazandığı uğurların üzərinə kölgə salmaq üçün nəzərdə tutulan epizodlardır".

Bunu Redaktor.az-a Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa xaricdə yaşayan bir neçə anti-azərbaycanlının aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq və təxribat törətmək istəmələrindən danışarkən bildirdi.

"Məncə, burada prezidentin təhlükəsizlik xidməti çox çevik davranaraq hər hansı bir təxribatın baş verməsinə imkan tanımayıb. Belə qüvvələr az da olsa, milli dövlətin məsuliyyətini hiss edirlərsə, düşünməlidirlər ki, onlar bununla hakimiyyətə müxalifətlik etmirlər. Onlar bütövlükdə dövlətə qarşı, dövlətin nüfuzuna qarşı bu davranışları sərgiləyirlər və bu da tarixin gedişində heç vaxt yaxşı iz buraxa bilməz. Ona görə də bu məsələdə artıq həmin qüvvələr anlamalıdırlar ki, ölkənin əsas problemlərinin həll olunduğu bir vaxtda bu cür hərəkətlər və etiraz kampaniyaları ancaq Azərbaycan dövlətinə zərər verir", - deyə Fazil Mustafa fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Избранный
76
1
redaktor.az

2Источники