RU

Bukayo Saka “Arsenal”la yeni müqaviləyə imza atdı – ARENA.AZ

İngiltərə Premyer Liqasının lideri “Arsenal” hücumameyilli yarımmüdafiəçisi Bukayo Saka ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçunun yeni sözləşməsi 2031-ci ilə qədər nəzərdə tutulub. Sakanın “Arsenal”la əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonunda bitəcəkdi.

Xatırladaq ki, Bukayo Saka London “Arsenal”ının yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.

Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2031-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Saka “topçular”ın heyətində 34 oyuna çıxıb, 8 qol vurub, 7 məhsuldar ötürmə verib.

Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsi 297 oyun, 78 qol və 78 məhsuldar ötürmədən ibarətdir.

Bukayo Saka “Arsenal”la bir dəfə İngiltərə Kubokunun (2020), iki dəfə İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 48 oyuna çıxıb, 14 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
3
4
arena.az

10Источники