RU

Ötən il məhkəmələrdə iş yükü əhəmiyyətli dərəcədə artıb

Bakı. Trend:

2025-ci ildə məhkəmələrdə iş yükü əhəmiyyətli dərəcədə artıb,amma buna baxmayaraq, hakimlərimizin peşəkarlığı, yüksək məsuliyyəthissi və çevikliyi sayəsində işlərə vaxtında baxılması təminedilib. Bu baxımdan hakimlərimizin ədalət mühakiməsinin həyatakeçirilməsindəki fəaliyyəti kifayət qədər effektiv olub.

Trend xəbərverir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Ali Məhkəməninvə Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.

O bildirib ki, hakimlərin sayının artması proqnozlaşdırılır:

"Bununla yanaşı, məhkəmələrin yüksək ixtisaslı kadrlarla təminolunması istiqamətində işlər davam etdirilib. Şəffaf seçimmexanizmi əsasında 83 yüksək hazırlıqlı hüquqşünas hakim vəzifəsinətəyin olunub. Beləliklə, hakim korpusunun sayı 676 nəfərə çataraqilk dəfə maksimum həddə yüksəlib. Bu il isə hakimlərin sayının700-ü keçməsi proqnozlaşdırılır. Bu, həm iş yükününoptimallaşdırılmasına, həm də ədalət mühakiməsinin səmərəliliyininartırılmasına töhfə verəcəkdir".

Məqalədə:
Избранный
57
az.trend.az

1Источники