RU

Rusiya ordusuna BREM-80 təmir-evakuasiya maşınları təhvil verilib

“Uralvaqonzavod” konserni (“Rostex”in bir hissəsi) Vətən Müdafiəçiləri Günü ərəfəsində Rusiya Müdafiə Nazirliyinə BREM-80 zirehli təmir-evakuasiya maşınlarının partiyasını təhvil verib. Zirehli maşınlar xüsusi hərbi əməliyyatlardakı təcrübəyə əsasən təkmilləşdirilib.

Herbiand.az bildirir ki, bu barədə “Rostex”in mətbuat xidməti məlumat yayıb.

BREM-80, T-80 tank şassisinin bazasında hazırlanıb və yüksək hərəkətliliyi təmin edən güclü qaz turbin mühərriki ilə təchiz olunub.

“Rostex” nümayəndələri qeyd ediblər ki, əsas təkmilləşdirmə ekipajın mühafizə səviyyəsinin artırılması olub.

Maşın təkcə Rusiya və ya Sovet tanklarını deyil, həm də daha ağır Qərb istehsalı olan tankları da evakuasiya edə bilir.

“Rembat-2018” beynəlxalq konkurs zamanı BREM-80 rekord qıraraq ümumi çəkisi 270 tondan çox olan altı birləşdirilmiş T-80 tanklarını təxliyə etmək qabiliyyətini nümayiş etdirib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
47
herbiand.az

1Источники