RU

Bakı metrosunda SIXLIQ - Qatarda nasazlıq yarandı

Bakı metrosunda səhər saatlarında sərnişin sıxlığı müşahidə olunub.

Bizim.Media “Modern.az”a istinadən xəbər verir ki, hadisə bu gün saat 08:10 radələrində Bakı Metropoliteninin Əhmədli–İçərişəhər xəttində hərəkət edən qatarlardan birində baş verib.

Belə ki, texniki nasazlıq səbəbindən qatar marşrut üzrə hərəkətini davam etdirə bilməyib.

Nəticədə sərnişinlər vaqonlardan düşürülərək digər qatarlarla mənzil başına yola salınıb. Hadisə səbəbindən səhər pik saatlarında demək olar ki, bütün metro stansiyalarında böyük izdiham və sıxlıq yaranıb. Platformalarda qatarların gecikməsi müşahidə olunub.

Bizim.Media

Избранный
85
3
bizim.media

4Источники