RU

Çində yol qəzasında altı yanğınsöndürən ölüb

Çinin mərkəzindəki Hunan əyalətində yanğınsöndürmə avtomobilinin uçuruma düşməsi nəticəsində altı yanğınsöndürən həlak olub, biri isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, hadisə 19 fevral axşamı Sinxua dairəsində baş verib.

Belə ki, yanğınsöndürənlər Luguan kəndində baş verən yanğını söndürdükdən sonra öz məntəqələrinə qayıdan zaman nəqliyyat vasitəsi hələ bilinməyən səbəbdən uçuruma düşüb.

Hüquq-mühafizə orqanları qəzanın baş vermə səbəbini araşdırır və yaralı şəxsə tibbi yardım göstərilir.

Избранный
72
far.az

1Источники