RU

Türkiyənin Hatay vilayətində 4,2 bal gücündə zəlzələ olub

BAKI, 20 fevral. TELEQRAF

Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (AFAD) yaydığı məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:10-da baş verib. Zəlzələnin ocağı Kırıkhan rayonu olub.

Bildirilib ki, zəlzələ 9,27 kilometr dərinlikdə qeydə alınıb.

Избранный
77
3
teleqraf.com

10Источники