RU

İtaliyanın Baş naziri: Ukraynanın ərazi məsələsinin həlli hələ çox uzaqdadır

"Ukraynanın əsas, ərazi məsələsinin həlli hələ çox uzaqdadır".

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corciya Meloni "Sky tg24" telekanalına verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda irəliləyişlərdən danışarkən bildirib.

"Hazırda üzərində işlədiyimiz sənədlərdə irəliyə doğru mühüm addımlar görürəm. Kiyev üçün təhlükəsizlik zəmanətləri üzərində əla iş görülür və bu, yeri gəlmişkən, İtaliyanın onları Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 5-ci maddəsi istiqamətində inkişaf etdirmək təklifinə əsaslanır", - deyə o bildirib.

Onun sözlərinə görə, Ukraynanın bərpası ilə bağlı işlər də davam edir. Meloni izah edib ki, bir çox məsələnin artıq kağız üzərində həll olunduğu bir sülh planı var:

"Lakin biz hələ də əsas məsələni - Rusiyanın tamamilə əsassız iddialar irəli sürməyə davam etdiyi ərazi mübahisələrini həll etməkdən çox uzaqıq. Dəfələrlə qeyd etdiyim kimi, hesab edirəm ki, təkcə sülhə nail olmaq deyil, həm də ədalətli sülhə nail olmaq vacibdir".

Избранный
61
1
far.az

2Источники