RU

150 dən çox keçmiş diplomat Fransanın xarici işlər nazirini dezinformasiyada ittiham edir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paris, 20 fevral, AZƏRTAC

150-dən çox keçmiş diplomat, nazir və səfir Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrot barəsində dezinformasiya ittihamı ilə birgə bəyanat yayıb. Sənəddə nazirin dərhal düzəlişedici addımlar atması tələb olunur.

AZƏRTAC xəbər verir ki, beynəlxalq koalisiyaya daxil olan keçmiş yüksəkvəzifəli şəxslər Barrotun BMT-nin xüsusi məruzəçisi Francesca Albaneseyə aid edilən “rəqəmsal şəkildə saxtalaşdırılmış” fikirləri ictimai şəkildə yaydığını iddia edirlər. Onların sözlərinə görə, bu yanlış məlumatlar BMT-nin müstəqil mandat sahibini nüfuzdan salmaq məqsədilə istifadə olunub.

Koalisiya hesab edir ki, manipulyasiya edilmiş məlumatlara istinad edilməsi beynəlxalq institutların bütövlüyünə xələl gətirir. Bəyanatda vurğulanır ki, belə hallar beynəlxalq hüquqa inamı zəiflədir, çoxtərəfli diplomatiyanın əsasını təşkil edən hesabatlılıq və şəffaflıq prinsiplərini sarsıdır.

Xatırladaq ki, fevralın 11-də Jan-Noel Barrot fevralın 7-də keçirilmiş “Al Jazeera Media Forum”dakı çıxışı ilə bağlı bəzi fikirləri Albaneseyə aid etmiş və onu açıq şəkildə istefaya çağırmışdı. Nazir onun İsraili bəşəriyyətin ortaq düşməni adlandırdığını iddia etmişdi. Lakin “France 24” telekanalının “Truth or Fake” proqramı tərəfindən aparılan müstəqil fakt yoxlaması bu ifadənin Albanese tərəfindən səsləndirilmədiyini müəyyən edib.

Francesca Albanese beynəlxalq hüququn əsas prinsipini xatırladaraq bildirib ki, “beynəlxalq hüququn ciddi pozuntularına görə cavabdehlik hüquqi öhdəlikdir, siyasi seçim deyil və məsul şəxslər təqib olunmalıdır”. O, həmçinin xəbərdarlıq edib ki, məsuliyyət mexanizmlərinin tətbiq edilməməsi cəzasızlığı təşviq edir və beynəlxalq hüquqi mexanizmlərin, eləcə də soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın etibarlılığına zərbə vurur.

Buna baxmayaraq, Jan-Noel Barrot Milli Assambleyada çıxışı zamanı istefa tələbində israrlı olduğunu bildirib və fikirlərini təhrif etmədiyini vurğulayıb: “Feyk xəbərlər kifayətdir. Mən xanım Albanesenin sözlərini nə təhrif etmişəm, nə də kəsmişəm. Sadəcə olaraq, onları qınamışam”.

Məsələ Fransa siyasi dairələrində və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Koalisiyanın çağırışına baxmayaraq, hazırda rəsmi mövqedə dəyişiklik edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
65
1
azertag.az

2Источники