RU

BVF dolların qlobal sistemdəki rolunu qiymətləndirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF dolların qlobal sistemdəki rolunu qiymətləndirib.

Banco.azxəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) sözçüsü Culi Kozak ABŞ dollarının beynəlxalq pul sistemi daxilində mərkəzi mövqeyini qoruyub saxladığını, qlobal ticarət, ehtiyatlar, borclanma və ödəniş sistemlərindəki üstün rolunun davam etdiyini bildirib.

Culi Kozak keçirdiyi mətbuat konfransında qlobal iqtisadiyyatda baş verən son proseslərlə bağlı açıqlamalar verib.

O, ABŞ ilə aparılan 4-cü Maddə üzrə məsləhətləşmə prosesinin gələn həftə başa çatacağını qeyd edərək, keçiriləcək mətbuat konfransında ABŞ iqtisadiyyatına dair qiymətləndirmələrin ictimaiyyətə açıqlanacağını deyib.

Dolların beynəlxalq pul sistemində əsas rolunu saxladığını vurğulayan Kozak, “Dollar ticarət hesablaşmalarında, beynəlxalq ehtiyatlarda, borclanma proseslərində və qlobal ödənişlərdə üstün mövqeyini qoruyur”, – deyə bildirib.

Kozak qeyd edib ki, bu sahələrdə dolların payı ABŞ-ın qlobal ümumi daxili məhsuldakı payından daha yüksəkdir. O, həmçinin dolların zaman ərzində ümumilikdə sabit xətt üzrə hərəkət etdiyini, 2010-cu illərin ortalarından bəri beynəlxalq ehtiyatlar daxilindəki payında yalnız məhdud azalma müşahidə olunduğunu diqqətə çatdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
41
banco.az

1Источники