RU

Çempionlar Liqasında həftənin simvolik komandası açıqlanıb

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Çempionlar Liqasında həftənin simvolik komandasını açıqlayıb.

İdman.Biz bildirir ki, komandanın heyətində “Qalatasaray”ın iki futbolçusu var.

Qapıçı: Qreqor Kobel (“Borussiya Dortmund”).

Müdafiəçilər: Yulian Ruerson (“Borussiya Dortmund”), Davinson Sançes (“Qalatasaray”), Dan Börn (“Nyukasl Yunayted”), Alexandro Qrimaldo (“Bayer Leverkuzen”).

Yarımmüdafiəçilər: Orelyen Tçuameni (“Real Madrid”), Qabriel Sara (“Qalatasaray”).

Hücumçular: Xristos Tzolis (“Brügge”), Dezire Due (PSJ), Kasper Hoq (“Bodo-Qlimt”), Entoni Qordon (“Nyukasl Yunayted”).

Hazırkı turnirin finalı Budapeştdəki “Puskaş Arena”da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə olacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
1
icma.az

2Источники