RU

Qazaxıstan prezidenti Trampla bağlı görün nə təklif etdi...

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ-da keçirilən Sülh Şurasının ilk iclasında Donald Trampın şərəfinə xüsusi mükafat təsis olunmasını təklif edib.

Globalinfo.az-ın xəbərinə görə, Tokayev bildirib ki, bu mükafat Trampın sülh quruculuğu sahəsində göstərdiyi səylərin və əldə etdiyi nailiyyətlərin qiymətləndirilməsi məqsədi daşıyacaq.

Onun sözlərinə görə, Trampın rəhbərliyi altında Sülh Şurası qarşıya qoyulan missiyanı uğurla yerinə yetirə bilər.

Qazaxıstan lideri həmçinin qeyd edib ki, ölkəsi Sülh Şurasının fəaliyyətinə praktik dəstək verməyə hazırdır. Bu çərçivədə müxtəlif səviyyələrdə və fərqli formatlarda görüşlərin keçirilməsi planlaşdırılır.

Tokayev vurğulayıb ki, mövcud çoxtərəfli təşəbbüslərin gücləndirilməsi yeni qlobal çağırışlara cavab verməyə imkan yaradacaq. O əlavə edib ki, “yaradıcılıq vasitəsilə sülh” konsepsiyası innovativ yanaşma olub və iştirakçı dövlətlərin birgə səyləri nəticəsində reallığa çevrilə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
globalinfo.az

1Источники