RU

Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? DYP dən AÇIQLAMA VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suraxanı rayonu ərazisində - Hövsan-Quşçuluq yolunda tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsi yerli sakinlərin ciddi narahatlığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a şikayət daxil olub.

Qeyd olunub ki, yolda təhlükəsizlik kameralarının və müvafiq yol nişanlarının olmaması səbəbindən sürücülər sürət həddini aşır, bir çox hallarda bir-birlərinə yol vermirlər. Nəticədə ağır qəzalar baş verir. "Yaxınlıqda məktəb var, amma bunu da nəzərə alan yoxdur. Bu küçədə dəfələrlə ağır hadisələr baş verib. Ərazidə təhlükəsizlik kamerası və ya tramplinlər qoyulsa, bu problem aradan qalxar" - deyə, müraciətdə bildirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) qeyd edilib ki, həmin ərazidə zəruri tədbirlər görüləcək:

"Orada hərəkətin təhlükəsizliyinin təmin olunması və baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə monitorinq və təhlillər aparılır. Aparılan qiymətləndirmələrin nəticəsinə uyğun olaraq zəruri tədbirlərin görülməsi nəzərdə tutulur".

Oxunub 48

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
avtosfer.az

1Источники