RU

Vens Azərbaycan və Ermənistana təşəkkür edib

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətindəki səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.O, bunu Sülh Şurasının ilk iclasında bəyan edib.

"Etdikləriniz inanılmazdır. Burada toplaşan bütün liderlərə, gələcəyə və sülhə investisiya qoyan hər kəsə minnətdarıq. Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini xüsusilə qeyd etmək istəyirəm, onlarla keçən həftə görüşmüşdüm. Bunu mümkün etdiyiniz üçün və gerçək liderliyin nəyə nail ola biləcəyini nümayiş etdirdiyiniz üçün sizə təşəkkür edirəm. Səyləriniz üçün ikinizə də minnətdaram", - Vens qeyd edib.

Избранный
25
5
anews.az

9Источники