RU

AZAL-dan xəbərdarlıq: Rusiyaya bu bitkini aparmayın!

AZAL-dan xəbərdarlıq: Rusiyaya bu bitkini aparmayın!

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarına üzərlik bitkisi ilə bağlı xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, müraciətdə üzərlik bitkisinin Azərbaycan qanunvericiliyinə əsasən cinayət tərkibi yaratmadığı, lakin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi qiymətləndirildiyi bildirilir. Bu bitkinin Rusiya ərazisinə daşınması ciddi cinayət məsuliyyəti yarada bilər.

Qeyd olunan maddə Rusiyanın dövlət sərhədindən bu növ maddələrin qanunsuz keçirilməsinə görə 3 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Cəza miqdardan və digər ağırlaşdırıcı hallardan asılı olaraq dəyişir. Bundan əlavə, 1 milyon rubladək (təxminən 22,139 min manat) cərimə tətbiq oluna bilər.

AZAL vətəndaşlara Rusiyaya səfər zamanı üzərlik və oxşar bitkiləri özləri ilə aparmamağı qəti şəkildə tövsiyə edib. Sərnişinlər səfərdən əvvəl gedəcəkləri ölkənin gömrük qaydaları ilə tanış olmağa çağırılıb.

Избранный
32
12
afn.az

10Источники