AZ

AZAL dan vətəndaşlara üzərlik XƏBƏRDARLIĞI

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarına müraciət edib. AZAL-ın məlumatına görə, müraciətdə bildirilir ki, üzərlik bitkisi Azərbaycan qanunvericiliyinə əsasən cinayət tərkibi yaratmasa da, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) əsasən bu bitkinin ölkə ərazisinə daşınması ciddi cinayət məsuliyyəti yarada bilər.

Qeyd olunan maddə Rusiyanın dövlət sərhədindən narkotik vasitələrin və oxşar maddələrin qanunsuz keçirilməsinə görə 3 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Cəza maddənin miqdarından (külli və ya xüsusilə külli miqdar), mütəşəkkil dəstənin və ya vəzifəli şəxsin iştirakı kimi hallardan asılı olaraq ağırlaşdırılır. Bundan əlavə, 1 milyon rubladək (22,139 min manat və ya 13 min ABŞ dolları) cərimə tətbiq oluna bilər. AZAL vətəndaşlara Rusiyaya səfər zamanı üzərlik və oxşar bitkiləri özləri ilə aparmamağı tövsiyə edib. AZAL sərnişinləri səfərdən əvvəl gedəcəkləri ölkənin qüvvədə olan qanunvericiliyi və gömrük qaydaları ilə diqqətlə tanış olmağa çağırıb.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
12
sia.az

10Mənbələr