RU

“Kukurelyanın dönüş vaxtını deyə bilmərəm”

"Çelsi"nin baş məşqçisi Liam Rosenior komandanın müdafiəçisi Mark Kukurelyanın zədəsi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Kukurelyanın nə vaxt qayıdacağını deyə bilmərəm. O, “Lids”lə oyunun fasiləsindən əvvəl bud nahiyəsinin arxa əzələsindən zədə alıb. Bu, çox üzücüdür. Çünki o, dünya futbolunun ən yaxşı sol müdafiəçilərindən biridir. Lakin heyətimizdə həmin mövqedə oynaya bilən Hato və Qusto var. Bu mövqeni sığortalaya biləcək keyfiyyətli futbolçularımız mövcuddur”, – deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, ispan futbolçu İngiltərə Premyer Liqasında Leeds United ilə keçirilən son qarşılaşmada sıradan çıxıb.

Daha əvvəl mətbuatda yayılan məlumatlara əsasən, Mark Kukurelyanın bərpası üçün təxminən üç-dörd həftə vaxt tələb oluna bilər.

Избранный
21
90deqiqe.az

1Источники