Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının 1/16 finalında oynayan Qarabağ"ın burada "siftəsi" olduqca uğursuz oldu.
Azərbaycan çempionu Bakıda İngiltərə təmsilçisi "Nyukasl"dan ağır məğlubiyyət aldı - 1:6.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-p., 34, 45+1-p.), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.
Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.
Hər kəs bu məğlubiyyəti müxtəlif cür yozdu, şərh verdi və verməkdədir.
"Sportinfo.TV"nin redaktoru İlkin Fikrətoğlu da növbəti süjetində bu qarşılaşma haqqında danışıb.