RU

Bakıdan Laçına birbaşa avtobus reysi açılırVİDEO

Fevralın 25-dən Bakıdan Laçına birbaşa avtobus reysi fəaliyyətə başlayır.

Xezerxeber.az-ın məlumatına görə, yeni marşrutu Yerüstü Nəqliyyat Agentliyi təşkil edib.

Məqsəd azad edilən ərazilərdə məskunlaşan sakinlərin paytaxtla gediş-gəlişini daha rahat etməkdir.

Hazırda sərnişinlər Laçına getmək üçün Bakı-Xankəndi-Laçın reysindən istifadə edirlər. Yeni birbaşa reys açıldıqdan sonra həmin marşrutun son dayanacağı dəyişəcək. Artıq o xətt Bakı-Şuşa reysi kimi fəaliyyət göstərəcək və son məntəqə Şuşa şəhəri olacaq.

Biletləri yalnız "biletim.az" portalı üzərindən onlayn almaq mümkündür. Vətəndaşlar bilet alarkən azad edilən ərazilərə giriş icazəsini də sistem vasitəsilə avtomatik əldə edirlər. Bu isə əlavə sənəd toplamaq və qurumlara müraciət etmək zərurətini aradan qaldırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
72
xezerxeber.az

1Источники