RU

Pensiya yaşına az qalmış işdən azad edildiVİDEO

İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində çalışan bir neçə əməkdaş işdən azad edilib.

Həmin şəxslər iddia edirlər ki, onlara işdən çıxarılmaları ilə bağlı hər hansı əsaslı və qanuni izahat verilməyib.

Xezerxeber.az-ın məlumatına görə, uzun illər idarədə müxtəlif vəzifələrdə çalışanlar çarəsiz qalıblar.

Bəzilərinin pensiya yaşına çatmasına bir neçə il qalıb. Onlar işdən azad edilsələr də, müqavilələrin uzadılmamasının səbəbini bilmirlər.

Məsələ ilə bağlı İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, həmin şəxslərlə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən - müqavilə müddətinin başa çatması ilə əlaqədar xitam verilib. Eyni əsasla, 3 aylıq müddətli əmək müqaviləsi ilə çalışan şəxslərlə də əmək münasibətlərinə son qoyulub. Qurumdan qeyd edilib ki, bütün hallarda əmək münasibətlərinə xitam verilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
52
2
xezerxeber.az

3Источники