RU

Murat Dalkılıç və Kemal Doğulu sərbəst buraxıldılar Məhkəmə nəzarətində olacaqlar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Türkiyə şou-biznesinin tanınmış simalarının yer aldığı genişmiqyaslı narkotik istintaqında növbəti mərhələ başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Bildirilib ki, İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsində saxlanılan 21 nəfər, o cümlədən “Duman” qrupunun solisti Kaan Tangöze, müğənni Murat Dalkılıç, aktyor İsmail Hacıoğlu və modelyer Kemal Doğulu bu gün səhər saatlarında Çağlayan Ədliyyəsinə gətiriliblər.

Kanalın məlumatına görə, şübhəlilər “şəxsi istifadə üçün narkotik vasitə əldə etmə, saxlama” və “narkotik vasitələrdən istifadəni asanlaşdırma” maddələri ilə ittiham olunublar. İstintaq çərçivəsində ümumilikdə 25 nəfər barəsində həbs qərarı verilib, müğənni Edis Görgülü barəsində də xaricdə olduğu üçün axtarış qərarı çıxarılıb.

Qeyd edək ki, məşhurlar prokurorluqda ifadə verdikdən sonra məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
qafqazinfo.az

2Источники