RU

Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yol hərəkəti qaydalarını pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 17-də saat 18:27 radələrində Cəlal Qurbanov küçəsində qeydə alınıb.

Kadrlardan görünür ki, 77-TC-506 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü olduqca aşağı sürətlə hərəkət edərək arxadakı nəqliyyat vasitələrinin hərəkətinə mane olub.

Görüntünü qeydə alan sürücü dəfələrlə işıqları yandırıb söndürərək və siqnal verərək xəbərdarlıq etsə də, qadın sürücü eyni sürətlə irəliləməyə davam edib.

Daha sonra o, avtomobilin qapısını açaraq arxadakı sürücüyə əli ilə iradını bildirib və hərəkət sürətini artırmayıb. Sonda səbri tükənən sürücü onu ötərək keçib.

Qeyd edək ki, sürücülər nəqliyyat vasitəsini yol şəraitinə və nişanlarla göstərilən sürət həddinə uyğun idarə etməlidirlər.

Hərəkəti məqsədli şəkildə çox aşağı sürətlə davam etdirmək qayda pozuntusu sayılır və inzibati məsuliyyətə səbəb ola bilər.

Sürücülər həm təhlükəsizliyi təmin etməli, həm də yol axıcılığına mane olmamalıdırlar.

Nərmin

Oxunub 328

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
avtosfer.az

1Источники