RU

“Real” da Superliqadan çıxdı

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Real” Avropa Superliqası layihəsindən çıxdığını elan edib. Klubun bununla bağlı yaydığı rəsmi bəyanatda UEFA və Avropa Klublar Assosiasiyası (EFC) ilə “Avropa futbolunun mənafeyi naminə” prinsipial razılıq əldə olunduğu bildirilir:

“UEFA, EFC və “Real” Avropa klub futbolunun xeyrinə razılığa gəliblər. Avropa futbolunun maraqları naminə bir neçə ay davam edən müzakirələrdən sonra UEFA, Avropa Klublar Assosiasiyası (EFC) və “Real” Avropa klub futbolunun rifahını təşviq edən, klubların uzunmüddətli dayanıqlığına vurğu edərək idman ləyaqəti prinsipini dəstəkləyən və texnologiyadan istifadə etməklə azarkeş təcrübəsini yaxşılaşdıran prinsiplər barədə razılığa gəldiklərini elan edirlər. Bu razılaşma, prinsip etibarilə, bu prinsiplər tətbiq olunandan sonra Avropa Superliqası ilə bağlı hüquqi mübahisələrin həllinə də xidmət edəcək”.

La Liqanın prezidenti Xavyer Tebas sosial mediada “Real”ın qərarına qəribə şəkildə münasibət bildirib:

“90 gündən az bir müddət əvvəl Florentino Peres UEFA ilə razılığa gəlməyin praktik kapitulyasiya olacağını iddia etmişdi. İndi adi mərhələ başlayır: geriçəkilməni media vasitəsilə strateji qələbə kimi göstərmək üçün bir hekayə qurmaq. Problem dəyişiklikdə deyil. Problem dəyişikliyin baş verdiyini inkar etməkdədi. Əsl lider olanda 90 gün əvvəl deyilənləri yenidən yazmağa ehtiyac yoxdu”.

Xatırladaq ki, fevralın 7-də “Barselona” yeni turnirin layihəsindən çəkiləndən sonra “Real” yeganə rəsmi iştirakçı kimi meydanda tək qalmışdı. Avropada yeni futbol turnirinin yaradılacağı 2021-ci ildə elan olunmuşdu. Onda FİFA, UEFA və milli assosiasiyalar Çempionlar Liqasına alternativ turnirlə bağlı ideyanı çox sərt şəkildə qınadılar, iştirakçıları sanksiya ilə hədələdilər. Bir neçə gün sonra İngiltərənin bütün klubları, ardından “İnter” və “Atletiko” layihədən çıxdığını elan etdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
63
1
icma.az

2Источники