RU

Rosatom İrana yüksək zənginləşdirilmiş uran məsələsinin həllində kömək etməyə hazırdır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Rosatom" Dövlət Korporasiyası İrandan yüksək zənginləşdirilmiş uranı çıxarmağa texnoloji cəhətdən hazırdır; İran rəhbərliyi bu işin parametrlərini müəyyən etməlidir.

Bizimyol.info xəbər verir ki, bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçev jurnalistlərə bildirib.

"Biz başa düşürük ki, hazırda müxtəlif formatlarda danışıqlar aparılır və yüksək zənginləşdirilmiş uranın taleyi ilə bağlı müxtəlif ssenarilər müzakirə olunur. Rusiyanın 10 il əvvəl oxşar vəziyyətdə İrana kömək etmək təcrübəsi var. Bu təcrübəyə əsaslanaraq, biz bu işi həyata keçirməyə hazırıq. Onun parametrləri ilk növbədə İran rəhbərliyi tərəfindən müəyyən ediləcək və bütün danışıqları nəzərə alaraq, İranda zənginləşdirilmiş uranın taleyi ilə bağlı qərar gec-tez veriləcək. Öz tərəfimizdən istənilən məsələni İran nüvə alimləri və İran xalqı ilə tərəfdaşlıq ruhunda texnoloji cəhətdən həll edəcəyik", - deyə o bildirib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
71
icma.az

1Источники