17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü İslam Həsənov müqavilə əsasında məxsus olduğu Serbiyanın "Srvena Zvezda" komandasına qayıdıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərtac-a hücumçu özü məlumat verib.
“Qrafiçar” klubu icarəyə götürdüyü yığma üzvünü birdəfəlik transfer etmək istəsə də, "Srvena Zvezda" buna icazə verməyib: “Bildiyiniz kimi, “Qrafiçar”ın U-19 komandasında çıxış edirdim. Klub məni saxlamaq istəyirdi. Hətta Serbiyanın başqa komandalarından da təkliflər var idi. Lakin "Srvena Zvezda" məni buraxmaq istəmədi. İndi müqavilə ilə məxsus olduğum klubun U-19 komandasına qoşulmuşam”.
Qeyd edək ki, İslam Həsənov “Srvena Zvezda”ya “Sabah”dan keçib. O, 2023-cü ildə Bakı klubunun heyətində 76 qolla AFFA U-15 Liqasının bombardiri olub.