RU

Müasir avtomobillər xüsusi xidmət orqanlarının diqqət mərkəzində

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Kibertəhlükəsizlik şirkətləri İnternetə çıxışı olan avtomobilləri “sındıra” və onlardan kəşfiyyat məlumatlarının toplanması məqsədi ilə istifadə edə bilər.

Avtosfer.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb.

Nəşr iddia edir ki, rəqəmsal sistem, SİM kart, daim internetə qoşulu olmaq avtomobil sahibinin hərəkəti barədə məlumat toplamağa imkan verir. Avtomobillərə yerləşdirilmiş texnologiyalar bütün hərəkət marşrutlarını izləməyə imkan yaradır.

“Haaretz” iddia edir ki, texnologiyalar “hands-free” sistemli telefonlara, həmçinin telefon kameralarına nüfuz etmək imkanına malikdir. Xüsusi xidmət orqanları avtomobilin proqram təminatını məsafədən “sındıraraq” ona tam nəzarəti həyata keçirə bilər. 

Həmçinin bildirilir ki, belə bir addım kəşfiyyat xidmətlərindən daha çox, kriminal qruplaşmaları maraqlandırır.

Vüqar

Oxunub 160

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
avtosfer.az

1Источники