RU

ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb (Yenilənib)

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ruslan Eyyubov

Beş milyonluq siqaret qaçaqmalçılığı cinayətində ittiham olunan məşhur iş adamı Ruslan Eyyubovun iki aylıq ilkin həbsdə saxlanılma müddəti başa çatır.

Reyting.az “Qafqazinfo”-ya istinadla bildirir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bununla bağlı məhkəməyə təqdimat göndərib.

Prokurorluğun təqdimatında yazılır ki, xüsusilə ağır cinayət işi üzrə 2 aylıq ibtidai istintaq müddəti yetərli olmayıb. Ölkə gündəmində olan cinayət işinin dərindən araşdırılmasının zəruriliyi nəzərə alınaraq istintaqın davam etməsi vacibdir.

Nəticə olaraq cinayətin ağırlığı, şahidlərə təsir göstərilməsi imkanı ehtimalı əsas gətirilərək təqsirləndirilən Ruslan Eyyubovun həbsinin daha bir neçə ay davamına qərar verilməsi istənilir.

Prokurorluğun təqdimatına gün ərzində Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki sahibi Ruslan Eyyubov ötən ilin son ayında həbs edilib. Onun qardaşı general Həsən Eyyubov da elə bu hadisələrin gedişində Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qaçaqmal Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanından keçdiyindən limanın direktoru, bir neçə gömrükçü və başqa əlaqəli şəxslər də cinayət məsuliyyətinə cəlb edilib.

***

Siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin sabiq rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb.

Reyting.az xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndirilən Ruslan Eyyubovun barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə saxlanılıb. Ötən ilin dekabr ayında barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.

Ruslan Eyyubov bir qədər əvvəl Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilmiş Həsən Eyyubovun qardaşıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
29
reyting.az

10Источники