AZ

Ruslan Eyyubovun həbs müddəti uzadıldı

Ruslan Eyyubovun həbs müddəti uzadıldı

Siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilən "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb.

AFN.az APA-ya istinadən xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndirilən Ruslan Eyyubovun barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Ruslan Eyyubov siqaret məhsullarının qaçaqmalçılığı və digər iqtisadi cinayətlərdə ittiham olunur. İstintaq tədbirləri davam etdirilir.

Seçilən
56
9
afn.az

10Mənbələr