RU

Səhiyyə Nazirliyindən çağırış: Xaricə gedərkən üzərlik aparmayın

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhiyyə Nazirliyi üzərliyin insan orqanizminə təsiri barədə məlumat yayıb.

SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında "üzərlik", "qarmala" kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılır.

Nazirlik vətəndaşların sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə üzərlik bitkisinin tərkibi, onun insan orqanizminə təsiri və bu sahədə mövcud olan risklər barədə bir neçə məqamlara toxunub.

Qeyd olunub ki, üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur. Bu maddələr elmi ədəbiyyatda "harmala alkaloidləri" və ya "beta-karbolin alkaloidləri" adlanır. Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir.

Harmin və harmalin monoaminoksidaz inhibitorları (MAOİ) qrupuna aiddir. Bu maddələr beynin müəyyən funksiyalarına təsir edərək sinir impulslarının ötürülməsini dəyişdirir. Onlar orqanizmdə serotonin, dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını ləngidir, nəticədə bu maddələrin sinir sistemindəki konsentrasiyası artır.

Diqqətə çatdırılıb ki, Azərbaycanda üzərlik bitkisinin yandırılması (tüstülənməsi) qədim ənənə kimi qəbul olunur və bu konkret formada istifadə ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanuna əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər.

Bildirilib ki, tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir çox ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Rusiya hökumətinin 7 yanvar 2024-cü il tarixli, 135 nömrəli qərarı ilə üzərlik (qarmala) bitkisi rəsmən "narkotik vasitələr olan bitkilər" siyahısına salınıb. Bu o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur.

"Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini, onun toxumlarını, hissəciklərini və ya törəmələrini üzərinizdə götürməyin. Bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda aşkarlanması ağır hüquqi nəticələrə səbəb ola bilər. Səhiyyə Nazirliyi vətəndaşlarımızın sağlamlığının qorunması və onların hüquqi risklərdən qorunması məqsədilə maarifləndirmə işlərini davam etdirəcək. Hər hansı bir bitkinin dərman məqsədli istifadəsindən əvvəl mütləq həkimə müraciət edilməsi tövsiyə olunur", - məlumatda vurğulanıb.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Səhiyyə

Qara PR və müasir İctimaiyyətlə Əlaqələrdə onun qarşısının alınması

Səhiyyə

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsində 7/24 saat rejimində uşaqların sağlamlığı üçün fasiləsiz tibbi xidmət göstərilir

Səhiyyə

Kardioloji xəstələr oruc tuta bilərlərmi?

Səhiyyə

Viktoriya Bekhem kimi alma sirkəsi ilə arıqlamaq mümkündürmü?

Səhiyyə

Bu səhər yeməyi səhərinizi dəyişdirəcək...

Səhiyyə

Mərkəzi Gömrük Hospitalının mama-ginekologu Raziyyə Tapdıqova “Riskli hamiləlik nədir?” mövzusunda canlı yayımda çıxış edəcək

Səhiyyə

Duzlu qidalar böyrək sağlamlığına necə təsir edir?

Səhiyyə

Nadir demensiya gənci on səkkiz ayda öldürdü...

Səhiyyə

Pəhriz haqqında məşhur bir mif təkzib edildi...

Səhiyyə

“Dəyişkən hava ilk növbədə ürək-damar sisteminə təsir göstərir” - HƏKİM DANIŞDI

Səhiyyə

Qeysəriyyə əməliyyatı təbii doğuşu niyə üstəliyir?

Səhiyyə

Limonlu suyun qan təzyiqinə təsiri...

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
70
25
sia.az

10Источники