RU

Namaz qılmayan şəxs oruc tuta bilərmi?

"Zaman-zaman İslam dünyasında, xüsusilə də Azərbaycanda ən çox müzakirə olunan və sual verilən mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır. Təəssüf ki, cəmiyyət olaraq biz özümüzdən daha çox başqalarının əməllərini təftiş etməyə meylliyik".

Ölkə.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edib:

"Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir.

Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir qəbahət yoxdur. Onu da unutmayaq ki, bəlkə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq.

Ona görə gəlin, daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. O dünyada biz başqalarının deyil, öz əməllərimiz barədə sorğu-sual olunacağıq".

Həmidə İbrahimova

Избранный
51
9
olke.az

10Источники