RU

Millimizdən biabırçı məğlubiyyət - 1:7

18 yaşadək futbolçulardan ibarət millimiz Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüşdə yığmamız1:7 hesabı ilə uduzub. Azərbaycan millisinin yeganə qolunu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.

Yığma sabah Özbəkistan, fevralın 21-də Belarusla üz-üzə gələcək.

Избранный
35
1
football-plus.az

5Источники