RU

Türkiyəli məşqçi Səudiyyə Ərəbistanından təklif alıb

Türkiyənin tanınmış mütəxəssislərindən olan, tez-tez özünəməxsus açıqlamalarla gündəmə gələn Yılmaz Vural yenə maraqlı ifadələr işlədib.

"Football-plus.az" xəbər verir ki, hazırda 73 yaşı olan Vural karyerası ərzində 20-dən çox klubda çalışıb. Amma son illərdə işlədiyi klublardan çox tez ayrılmaq məcburiyyətində qalıb. Məsələn, o, 2018-dən bəri çalışdırdığı son 8 klubdan yalnız ikisində 10-dan çox oyuna çıxıb. 2021-dən bəri Türkiyə yığmasını yalnız əcnəbi məşqçilər çalışdırır. Hazırda bu vəzifəni Vinçentso Montella icra edir. Vural bu durumu tənqid edib və Səudiyyə Ərəbistanından təklif aldığını açıqlayıb:

“Bizim ölkədə Pro lisenziyalı 700-yə yaxın məşqçi var. Təsəvvür edin ki, bu qədər insan arasından Türkiyə öz yığmasını idarə etməyə qadir olan yerli məşqçi tapa bilmir. Belə çıxır ki, problem federasiyadadı. Bu məşqçiləri yetişdirən mən deyiləm. Məşqçi yetişdirə bilmirsənsə, deməli, bu, sənin problemindi. Klublarımızın siyasətini anlamıram. Hansı məşqçi az pul istəyirsə, ona üstünlük verirlər. Qardaşım, sən armud alırsan, yoxsa məşqçi seçirsən? Özümüzə lazım olanda guya millətçiyik, insanımıza ən çox güvənən bizik. Amma reallıqda bunun belə olmadığını görürük. Ən son Səudiyyə Ərəbistanı çempionatında çıxış edən bir klubdan təklif almışam. Həmin klubla danışıqlarımız davam edir. Təklifin detallarını açıqlamağım düzgün olmaz. Çünki özləri də xahiş etdilər ki, mətbuata heç nə deməyim. Mənim təyinatımı dəstəkləyirlər. Məni tanıyırlar. Təyinatın baş tutmaq ehtimalı yetərincə yüksəkdi”.

Sonuncu dəfə cari mövsümün əvvəlində cəmi üç həftə 1-ci liqa təmsilçisi ''Sarıyerspor''u çalışdıran Vural oktyabrdan bəri işsizdi.
Избранный
81
1
football-plus.az

2Источники