RU

Birinci Qarabağ müharibəsində itkin düşən Şahin Kərimovun qalıqları Mingəçevirdə dəfn edilib FOTO VİDEO

ain.az, Apa.az saytına istinadən bildirir.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən hərbçi Kərimov Şahin Heydər oğlunun nəşinin qalıqları Mingəçevir şəhərində ailəsinə təhvil verilib.

https://t.me/apa_az/113682

APA-nın yerli bürosu xəbər verir ki, şəhidlə vida mərasimi keçirildikdən sonra qalıqlar Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və səhər sakinləri iştirak edib.

Yaylım atəşi açılıb. Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun doğmalarına təhvil verilib.

Qeyd edək ki, 1972-ci ildə Mingəçevir şəhərində anadan olan Kərimov Şahin Heydər oğlu 1993-cü ildə Kəlbəcər rayonu, Murovdağ silsiləsində gedən döyüşlərdə itkin düşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
5
apa.az

7Источники