RU

Obsessiya nədir və necə müalicə olunur?

Obsessiya, yəni vəsvəsə insanın istəmədən və təkrar-təkrar ağlına gələn, narahatlıq yaradan düşüncə, qorxu və ya obrazlardır.


Pravda.az bildirir ki, bu vəziyyət gündəlik həyatı çətinləşdirə və insanın davranışlarına təsir göstərə bilər.


Obsessiyalar bəzən təkrarlanan davranışlarla – yəni kompulsiyalarla müşayiət olunur. Bu hal daha çox Obsesif-kompulsiv pozğunluq zamanı müşahidə edilir.


Mütəxəssislər bildirirlər ki, problemin yaranmasında genetik meyillilik, güclü stress və psixoloji travmalar rol oynaya bilər. Vaxtında psixoloji dəstək və uyğun müalicə ilə simptomları nəzarətdə saxlamaq mümkündür.


Əminə Bayramova 

Tarix: 19 Fevral 2026, 16:59   
Избранный
45
pravda.az

1Источники