RU

“Epşteyn işi”: Kralın qardaşı saxlanıldı

İngiltərə Şahzadəsi Andryu Mountbatten-Vindsor dövlət vəzifəsindən sui-istifadə şübhəsi ilə saxlanılıb. 

"Cebheinfo.az" xəbər verir ki, "Thames Valley" Polisi bu gün həyata keçirdiyi əməliyyatda Berkşir və Norfolkdakı müxtəlif ünvanlarda axtarışlar aparıldığını elan edib. 

Saxlanılma prosesi Mountbatten-Vindsorun Norfolkdakı Sandringham malikanəsində yerləşən "Wood Farm" iqamətgahında 66 yaşını qeyd etdiyi zaman baş verib. 

Sosial mediada paylaşılan görüntülərdə mülki polis maşınlarının və mülki geyimli əməkdaşların səhər saat 08:00 radələrində iqamətgahın qarşısına toplandığı görülüb. 

Polis Mountbatten-Vindsorun Birləşmiş Krallığın ticarət elçisi kimi vəzifə icra etdiyi dövrdə, milyarder uşaq istismarçısı Ceffri Epşteyn ilə məxfi məlumatlar paylaşdığı barədə iddiaları araşdırır. 

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan milyonlarla səhifəlik Epşteyn sənədlərindəki məlumatlar bu istintaqın açılması üçün əsas dayaq olub. Hüquq-mühafizə orqanlarının açıqlamasında deyilir: 

“Norfolkda yaşayan 60 yaşlarında bir şəxs saxlanılıb və həmin şəxs hələ də polis idarəsindədir”. Polis rəisinin müavini Oliver Rayt aparılan hərtərəfli qiymətləndirmələr nəticəsində "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamı ilə rəsmi istintaq başladıldığını təsdiqləyib. 

Mountbatten-Vindsorun 2010-cu ildə ticarət elçisi olarkən Cənub-Şərqi Asya turuna dair gizli hesabatları və Birləşmiş Krallıqdakı investisiya imkanlarını ehtiva edən həssas sənədləri Epşteynə ötürdüyü iddiaları var. 

Polis istintaqın gedişini və tərəfsizliyini qorumaq naminə bütün tərəfdaşlarla birlikdə çalışdıqlarını vurğulayıb. Daha əvvəl Bukingem Sarayından verilən açıqlamada Kral Çarlzın qardaşının davranışları ilə bağlı iddialardan "dərin narahatlıq" duyduğu və polisə hər cür dəstəyin veriləcəyi ifadə edilmişdi. 

Qeyd edək ki, Mountbatten-Vindsor Epşteyn ilə olan əlaqəsi və haqqındakı cinsi istismar iddiaları səbəbindən keçən il bütün kral titullarından və hersoqluq rütbəsindən imtina edərək mülki vətəndaş statusuna keçmişdi. 

Избранный
62
1
cebheinfo.az

2Источники