RU

Mühərrik təchizatının gecikdirilməsi “Airbus” şirkətinin rekord hədəfinə mane olur

Bakı, 19 fevral, AZƏRTAC

Dünyanın ən böyük təyyarə istehsalçısı “Airbus” 2026-cı ildə tədarükləri rekord səviyyəyə çatdırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına görə, 2026-cı ildə 870 təyyarənin istehsalı planlaşdırılsa da, “Pratt & Whitney” kompaniyasının mühərrik təchizatını gecikdirməsi buna əngəl törədir.

Qeyd edək ki, 2025-ci ildə mühərrik gecikmələri şirkətin işinə mənfi təsir göstərib, həmçinin keyfiyyət problemləri səbəbindən hazır təyyarələrdə yoxlamalar aparılıb. Nəticədə “Airbus” 820 yerinə 793 təyyarə təhvil verə bilib. Buna baxmayaraq, “Airbus” illik maliyyə hədəflərini üstələməyi bacarıb. Şirkətin gəlirləri 73,4 milyard avroya, əməliyyat mənfəəti, 7,1 milyard avroya, xalis qazancı isə 5,2 milyard avroya çatıb.

Избранный
69
1
azertag.az

2Источники