RU

Britaniya polisi şahzadə Endryunu həbs edib

Britaniya polisi şahzadə Endryunu həbs edib

Böyük Britaniyada kral III Çarlzın qardaşı, Ceffri Epşteynlə əlaqələrinə görə bütün titullarından məhrum edilmiş Endryu Mauntbetten-Vindzor həbs olunub.

AFN.az BBC-yə istinadən xəbər verir ki, polis onu vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlayıb. Cümə axşamı səhər saatlarında Mauntbetten-Vindzorun hazırda yaşadığı Şimal dənizi sahilindəki Norfolk qraflığında yerləşən Sandringem kral mülkünə gələn avtomobillərin fotoları yayılıb.

Britaniya polisi həbslə bağlı yaydığı rəsmi bəyanatda, adəti üzrə, şübhəlinin adını açıqlamayıb. Bəyanatda deyilir: "Araşdırma çərçivəsində bu gün (19 fevral) Norfolkdan olan 60 yaşlarında bir kişini vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə həbs etmişik və Berkşir və Norfolkdakı ünvanlarda axtarışlar aparırıq. Hazırda həmin şəxs nəzarət altındadır".

Sabiq şahzadəyə qarşı ittihamlar bu həftə Britaniya polisinin onun Epşteynə məxfi materiallar təqdim etməsi barədə şikayətə baxdığını bildirməsindən sonra kəskinləşib. ABŞ-da dərc olunan Epşteyn işi ilə bağlı geniş sənədlər toplusundan məlum olub ki, Endryu özünün Sinqapur, Honkonq və Vyetnama səfərləri barədə hesabatları, habelə investisiya imkanları haqqında məxfi detalları Epşteynə ötürüb.

Bundan sonra antimonarxiya təşkilatı olan "Republic", Temza Vadisi Polisinə müraciət edərək, vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət sirrinin yayılması şübhələrinin araşdırılmasını xahiş edib.

Избранный
26
afn.az

1Источники