RU

Rusiya FSB-si Teleqram-ın qurucusu Durovla danışıqlar aparmadığını açıqlayıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Teleqram-ın qurucusu Pavel Durovla danışıqlar aparmır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu FSB-nin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, əvvəllər FSB Durovla danışıqlar aparıb: "Biz əvvəllər də danışıqlar aparmışıq, amma bu, yaxşı bir şeyə gətirib çıxarmayıb".

Qeyd edək ki, Roskomnadzor Rusiyada Teleqram-ı bloklamağa başladığını açıqlayıb. Qurum buna sosial şəbəkənin Rusiya qanunvericiliyinə əməl etmədiyini əsas gətirib. Rusiyada Teleqram-dakı şəxsi yazışmalara xarici xüsusi xidmət orqanlarının əlçatan olduğu barədə iddialar yayılıb.

Избранный
50
3
apa.az

4Источники